30 sentyabr

HƏMAS ABŞ-nin Qəzza planına cavabı bir neçə günə verəcək

Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-nin Qəzza zolağında münaqişənin həllinə dair təqdim etdiyi plana yaxın günlərdə cavab verməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, HƏMAS təklifi Misir və Qətər nümayəndələrindən alıb və cavab verməzdən əvvəl sənədi diqqətlə öyrənəcəyini açıqlayıb.

Xatırladaq ki, Ağ Ev daha əvvəl Qəzza planını təqdim edib. Sənəddə hərbi əməliyyatların tam dayandırılması, HƏMAS-ın əlində olan girovların 72 saat ərzində azad edilməsi və bölgənin keçid dövrü üçün kənar idarəetməyə verilməsi nəzərdə tutulur. Plan həmçinin anklav sakinlərinə istədikləri halda ərazini tərk etmək və geri qayıtmaq imkanını təmin edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?